İran və Rusiya prezidentləri arasında telefon danışığı olub. İbrahim Rəisi Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib, İran və Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümid etdiyini bildirib.
Prezidentlər Cənubi Qafqaza toxunublar. İran tərəfinin bildirdiyinə görə, Rəisi regionda baş verən prosesləri həssas adlandırıb, regionun sabitliyini və İranın strateji maraqlarını qorumağa hazır olduğunu vurğulayıb.
Tərəflər ŞƏT və BRICS çərçivəsində əməkdaşlığı, Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.