Yerevana səfərim həm də tərəfdaşlığımızı necə daha da genişləndirə və dərinləşdirə biləcəyimiz, Ermənistana təhlükəsizlik və müdafiə strukturlarını modernləşdirməyə necə kömək edə biləcəyimiz, kibertəhlükəsizlik, islahatlar kimi məsələlərdə necə işləyə biləyəcimizlə bağlı idi. Bunu NATO-nun baş katibi Yens Stoltenberq İctimai Televiziyaya müsahibəsində bildirdi.
“Biz Ermənistan Respublikasının ərazi bütövlüyünü və suverenliyini qorumaq, eləcə də müstəqil xarici siyasət qurmaq istəyini dəstəkləyirik. Hər bir xalqın öz yolunu seçmək hüququ var və Ermənistan da istisna deyil. NATO heç vaxt heç bir ölkəni öz iradəsinə zidd hərəkət etməyə məcbur etməyəcək.
Biz tərəfdaşlığımızı dərinləşdirməyə hazırıq. Bizim Ermənistanla artıq 30 illik əməkdaşlığımız olub və Yerevana səfərim həm də tərəfdaşlığımızı necə daha da genişləndirə və dərinləşdirə biləcəyimizə, Ermənistana təhlükəsizlik və müdafiə strukturlarını modernləşdirməyə necə kömək edə biləcəyimizə, kibertəhlükəsizlik və islahatlar kimi məsələlərdə necə işləyə biləcəyimizə həsr olunmuşdu.
Bu baxımdan baş nazir Paşinyanla görüşüm çox faydalı oldu, çünki o, demokratiyanın, sülhün və sabitliyin güclü səslərindən biridir”.