Ermənistanın Baş naziri Nikol Paşinyan martın 18-də Tavuşun Kirants sakinləri ilə görüşüb.
Görüş zamanı Nikol Paşinyan qeyd edib: "Biz təmas xəttini sərhədlə əvəz etmək istəyirik. Sərhədin demarkasiyasının ən mühüm nəticəsi o ola bilərdi ki, qoşunlar öz mövqelərini tərk etsinlər, yerinə isə sərhədçilər gəlsin, çünki sərhədçilərin dayandığı yerdə bir-birinə atəş açmaq adət deyil. Mübahisə olduğu üçün çəkirlər, mübahisə yoxdursa, atmağın mənası yoxdur".