Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin ilk xarici səfəri Çinə olacaq. Bu barədə öz mənbələrinə istinadən Reuters agentliyi məlumat yayıb.
Qeyd olunur ki, səfər inauqurasiyadan sonra mayın ikinci yarısına planlaşdırılıb. Mənbənin məlumatına görə, Putinin səfəri Çin sədri Si Tsinpinin Avropaya planlaşdırılan səfərindən əvvəl baş tutacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısının bir sıra xarici səfərləri nəzərdə tutulub.
“Hazırda prezidentin bir neçə səfərləri, bir sıra yüksək səviyyəli təmaslar hazırlanır. Materiallar hazırlanır”, - Peskov bildirib.