NATO-un baş katibi ilə söhbət zamanı Ermənistan Silahlı Qüvvələrində islahatların gündəliyini müzakirə etmək imkanımız oldu. Bu barədə Nikol Paşinyan NATO-nun baş katibi ilə birgə mətbuat konfransında deyib.
“Mən vurğuladım ki, bu proses heç bir dövlətə qarşı yönəlməyib və Ermənistan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün ER Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasına yönəlib”, - Nikol Paşinyan bildirib.