Aİ-yə üzv olan 27 ölkənin Xarici İşlər Nazirləri Şurasının iclası zamanı digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana dəstəyi, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsi də müzakirə olunub.
Iclas sonunda Aİ-nin xarici işlər üzrə baş sözçüsü Peter Stano “Armenpress”in Brüssel müxbirinə bildirib ki, iclasda Ermənistana, ER-Aİ münasibətlərinin yeni gündəliyinin işinə, Ermənistan-Azərbaycan münasibətlərinin gələcək tənzimlənməsinə dəstəyini bir daha təsdiqləyiblər.
Avropa İttifaqının xarici işlər nazirləri Ukrayna və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.