Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qələbə münasibətilə müxtəlif ölkələrin liderlərindən təbriklər alıb. O, beşinci dəfə namizədliyini irəli sürüb. Son məlumata görə, Putin 87 faiz, digər üç namizəd birlikdə 13 faiz toplayıb.
Rusiya mətbuatı yazır ki, Putin Latın Amerikası ölkələrindən ilk təbriki Venesueladan alıb. Onu Kuba, Boliviya, Nikaraqua və Honduras liderləri də təbrik ediblər.
Putini Çin, İran, Şimali Koreya, Myanma liderləri, həmçinin Roma Papası Fransisk təbrik edib.
Keçmiş sovet respublikalarından Putini ilk olaraq Tacikistan prezidenti Emoməli Rəhmon, ardınca Özbəkistan və Qazaxıstan prezidentləri təbrik edib.
Azərbaycan prezidenti Əliyev də qələbə münasibətilə Putini təbrik edib, ona “ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar” arzulayıb. Putin göstərdiyi diqqətə və təbrikə görə Əliyevə təşəkkür edib.
Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
X sosial şəbəkəsində Avropa Şurasının rəhbəri Şarl Mişelin istehzalı yazısından başqa, Qərb liderlərindən Putinə təbrik edən yoxdur.