Martın 18-də ER Parlamentinin spikeri Alen Simonyan Çexiyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Petr Pirunçiki qəbul edib. Bu barədə Parlamentdən bildirilir.
Səfirin səfərinin məqsədi Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın Ermənistana rəsmi səfəri, uğurlu qarşılıqlı fəaliyyəti və Ermənistan-Çexiya, Ermənistan-Avropa İttifaqı əməkdaşlığınin perspektivləri haqqında məktubunu çatdırmaq olub.
Alen Simonyan çex tərəfdaşlarına Ermənistan və Çexiya arasında dinamik inkişaf edən münasibətlərə və Ermənistana səmərəli səfərə görə təşəkkür edib.
Tərəflər həmçinin Cənubi Qafqazda sülhün bərqərar olması, Azərbaycanda saxlanılan erməni əsirlərin qaytarılması və digər mövzularda fikir mübadiləsi aparıblar.