Rusiyada prezident seçkilərində səsverməyə start verilib.
Seçki məntəqələri ölkənin şərqindən başlayaraq açılmağa başlayır.
Səsvermə üç gün çəkəcək, regionların üçdə birində o həm də elektron olacaq.
Hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var - Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutski və Dövlət Dumasının sədr müavini Vladislav Davankov.