Ermənistan Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi hazırlayır, onu iyul ayına qədər imzalamaq planlaşdırılır. Bu barədə Parlamentin
Avropaya inteqrasiya daimi komissiyasının iclasında xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
“Ermənistan-Aİ hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi tam yerinə yetirilərsə, biz demək olar ki, Aİ üzvlüyünə namizəd ölkə statusuna malik olacağıq. Bununla yanaşı, ötən ilin noyabrında baş tutan faktaraşdırıcı missiyanın nəticəsi olaraq ortaya çıxan yeni əməkdaşlıq istiqamətləri və yeni proqramlar hazırlanır. İndi həmin iki proses və siyasi yaxınlaşmamızın ifadəsi ilə yanaşı, yeni sənəd hazırlanır”, - deyə Hovhannisyan qeyd edib.