Ermənistanın Avropa İttifaqına üzv olmaq üçün müraciət etmək hüququ var․ Bu barədə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stano “İzvestiya”ya bildirib.
“Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər. Aİ-yə üzvlük məsələsinə gəlincə, hər bir Avropa ölkəsi, onun xalqı və hökuməti Aİ-yə üzvlük üçün müraciət etmək istəyib-istəməməsinə qərar verməlidir”, - o qeyd edib.
O xatırladıb ki, ölkə Avropa İttifaqına üzv olmaq üçün ərizə təqdim edən kimi üzv dövlətlər tərəfindən müzakirə edilir və daha sonra "AB müqavilələri və müəyyən edilmiş meyarlar əsasında" müvafiq qərar qəbul edirlər.
Martın 13-də Avropa Parlamenti Ermənistana İttifaq üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağa çağıran qətnamə qəbul edib.