BMT-nin Qadınların Statusu üzrə Komissiyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Avropa Komissiyasının Bərabərlik üzrə komissarı Helena Dalli ilə görüşüb.
Görüş zamanı tərəflər sosial müdafiə, xüsusilə bərabər imkanların təmin edilməsi sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.
Nazir Narek Mkrtçyan sektoral prioritetləri və bu istiqamətdə görülən işləri təqdim edib, həmçinin ER hökumətinin Dağlıq Qarabağdan məcburi köçkünlər üçün həyata keçirdiyi sosial dəstək proqramları barədə ətraflı məlumat verib.
Helena Dalli münaqişədən zərər çəkmiş insanlara lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğuladı və bu kontekstdə qadınların hüquqlarının müdafiəsi və iqtisadi imkanların gücləndirilməsi proqramlarına ehtiyac olduğunu qeyd etdi.