Biz Azərbaycanla Tavuş rayonunun kəndlərin verilməsi ilə bağlı danışıqlar aparmırıq. Bunu ER xarici işlər naziri Ararat Mirzoyan bildirdi.
“Ermənistan Respublikasının heç bir rəsmisinin nəinki Tavuş bölgəsinin, hətta Ermənistan ərazisinin hər hansı digər bölgəsinin hər hansı kəndinin verilməsi ilə bağlı danışıqlar aparmağa haqqı yoxdur. Heç kim Tavuş bölgəsinin kəndlərini başqa ölkəyə verə bilməz”, - Mirzoyan vurğuladı.
O qeyd edib ki, bu aksiomatik həqiqətdir.