Avropa Birliyi-Ermənistan əlaqlərin dərinləşdirilməsi, eləcə də Aİ üzvlüyünə namizədlik statusunun verilməsini tövsiyə edən qətnaməsi böyük səs çoxluğu ilə qəbul olunub.
Qətnamənin leyhinə 504, əleyhinə 4 səs verilib, 31 millət vəkili bitərəf qalıb.
Layihədə Avropa Parlamentinin deputatları Bakı-Yerevan münasibətlərinin tənzimlənməsinə dəstək ifadə edirlər. Onlar Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istəməsini alqışlayırlar.
“Aİ müsbət cavab verməli və Ermənistana demokratik ölkələr birliyində öz yerini möhkəmləndirməkdə kömək etməlidir.
Ermənistan Aİ üzvlüyünə namizəd statusu almaqda və demokratik islahatları davam etdirməkdə maraqlı olarsa, bu, Aİ-Ermənistan münasibətlərinin transformasiyası üçün zəmin yarada bilər”, - sənəddə deyilir.
Avropa Parlamentinin deputatları Aİ strukturlarını Ermənistanla təkcə iqtisadi deyil, həm də siyasi dialoq, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə çağırır.
“Həmçinin Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamağın vaxtıdır”, - sənəddə deyilir.
Millət vəkilləri Aİ-nin Ermənistandakı missiyasının mandatının uzadılması və şəxsi heyətinin artırılmasının vacibliyini vurğulayırlar. Azərbaycanı missiya haqqında böhtan xarakterli bəyanatlara, Avropa İttifaqına və Ermənistana yönəlmiş aqressiv ritorikaya son qoymağa çağırılır.
“Aİ Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən istənilən fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etməyə hazır olmalıdır”, - sənəddə deyilir.
Qətnamə layihəsində qeyd olunur ki, Dağlıq Qarabağda törətdiyi etnik təmizləməni nəzərə alaraq Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı hesab edilə bilməz.