Fransa parlamentinin üzvü, Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Ann Lourens Petel Avropa Parlamentinin Aİ-Ermənistan münasibətləri ilə bağlı qəbul etdiyi qətnaməni alqışlayıb.
“Avropa Parlamenti səslərin böyük əksəriyyəti ilə Ermənistanın Aİ-yə mümkün namizədliyinə yol açan qətnamə qəbul edib.
Bu, erməni demokratiyasını və ermənilərin öz taleyini Avropa ilə birləşdirmək istəyini dəstəkləmək üçün mühüm addımdır”, - deputat özünün X mikrobloqunda yazıb.