Martın 13-də Ermənistanın müdafiə naziri Suren Papikyan Avstriya Respublikasının ER-dəki fövqəladə və səlahiyyətli səfiri Tomas Mühlmanı və hərbi attaşe polkovnik Tomas Ahameri qəbul edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı müdafiə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər, o cümlədən regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.