Tavuş bölgəsinin hansısa kəndinin təhvil verilməsindən heç vaxt söhbət olmayıb və ola da bilməz. Bunu ER baş naziri Nikol Paşinyan bildirdi.
“Tavuş bölgəsinin heç bir kəndinin verilməsindən heç vaxt müzakirə olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları çəkiləndə Ermənistan Respublikası ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adda kənd olmayıb.
Sovet İttifaqının dağılması zamanı mövcud olan de-yure sərhəd Alma-Ata Bəyannaməsi ilə və təkcə həmin bəyannamə ilə deyil, həm də 2022-ci il oktyabrın 6-da Praqada keçirilən razılaşmalarla bir daha təsdiqləndi.
Ona görə də həmin müqavilələrin nəticəsidə Sovetlər İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd, bir qədər o inzibati sərhəddən kənarda olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan isə Ermənistandır. Biz de-yure reallığından irəli gəlməliyik”, – o vurğuladı.