Reallıq odur ki, Azərbaycanla təkbətək və ya üz-üzə danışsaq belə, Türkiyənin varlığını həm görür, həm də hiss edirik. Bunu ER baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı Türkiyənin Ermənistan-Azərbaycan münasibətləri prosesinə qarışma tendensiyası görüb-görməməsi sualına münasibət bildirərkən deyib.
Onun sözlərincə, Türkiyə ilə münasibətlərdə mühüm bir şey baş verir: “Biz bir-birimizlə danışırıq və inanıram ki, Türkiyə prezidenti ilə söhbətimiz, dialoqumuz var. O dialoq çox mürəkkəbdir, asan deyil, lakin bu söhbətin olması çox vacibdir”, - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, erməni reallığında Türkiyə çox vaxt “qarşı qonşumuz” olan ölkə kimi deyil, Azərbaycanla münasibətlərimiz vasitəsilə qəbul edilir, halbuki bizim Türkiyə ilə gündəmimiz olmalıdır. Paşinyan həmçinin hazırkı gündəmin lazımi sürətlə həyata keçirilməməsindən təəssüfləndiyini bildirib.
“Türkiyənin də böyük beynəlxalq aktor olduğunu inkar etmək lazım deyil, biz bu faktla üzləşməliyik”, - deyə Nikol Paşinyan qeyd edib.
Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə, Paşinyan hesab edir ki, aktyorlar konstruktiv rol oynamaq üçün neytral olmalıdırlar və onlar obyektiv olaraq birtərəfli ola bilməzlər.