ABŞ Ermənistanda demokratiya və iqtisadiyyatı gücləndirmək üçün 52 milyon dollar ayırmaq istəyir. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə Ermənistanda iqtisadiyyatın və demokratiyanın gücləndirilməsi üçün nəzərdə tutulan pulun miqdarı ilə bağlı sualı cavablandırarkən, “Ermənistan məsələsində büdcədə 52 milyon dollar nəzərdə tutulur” deyib.