“Aİ genişlənir, heç Aİ-yə daxil olmaq barədə düşünmüşsünüzmü, bu, yaxın və ya uzaq gələcəkdə mümkündürmü? Yoxsa Ermənistan Qərbə yönəlik xarici siyasətinin tərkib hissəsi kimi NATO-ya üzv olmaqda maraqlıdır? ER xarici işlər naziri Ararat Mirzoyan “TRT World” telekanalına müsahibəsində bu məsələyə toxunub.
“Son 3-4 il ərzində üzləşdiyimiz bütün çağırışları nəzərə alaraq, Ermənistanda yeni imkanlar fəal şəkildə müzakirə olunur. Aİ-yə üzvlük ideyasının da həmin siyahıda olduğunu desəm, sirr açmayacağam. Ermənistan xalqının Avropa istəkləri var və dediyim kimi, biz prosesdən keçirik və prosesin sonunun necə olacağını görəcəyik ki, bu dəqiqə heç kim buna əmin ola bilməz və proqnozlaşdıra bilməz”.
“İki Qərb ölkəsi, ABŞ və Fransa ilə münasibətlərin hazırkı mərhələsini necə qiymətləndirərdiniz və onlar sizi bu yolda necə dəstəkləyirlər?” sualına cavab olaraq Mirzoyan bildirib: “Fransa və ABŞ ilə əməkdaşlıq üçün yeni imkanlarımız var. Bizim ABŞ ilə strateji dialoqumuz var, onun çərçivəsində yeni istiqamətlər araşdırırıq. Eyni sözləri Avropa İttifaqı haqqında da deyə bilərəm. Bizim Aİ ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişimiz var, lakin biz bu sazişdən kənara baxırıq. Biz viza rejiminin liberallaşdırılmasını, münasibətlərimizdə istifadə oluna biləcək bəzi yeni mexanizmləri müzakirə edirik.
Onu da əlavə edim ki, tarixdə ilk dəfə olaraq Avropa İttifaqı regionumuzun təhlükəsizlik məsələlərinə cəlb olunub. siz bilirsiniz ki, Aİ-nin monitorinq missiyası Ermənistanda yerləşir və o, Ermənistanla Azərbaycan arasında sərhədə nəzarət edir; Onu da qeyd etmək lazımdır ki, missiyanın yerləşdirilməsindən sonra sərhəddə gərginlik azalıb və biz missiyanın sabitliyə töhfə verdiyini görürük. Beləliklə, biz tərəfdaşlığımıza yeni istiqamətlər, yeni sahələr daxil edirik və hələ də prosesin yarısındayıq”.