Fransa Xarici İşlər Nazirliyi martın 8-də bəyanat yayaraq, hakimiyyətin mediaya və ictimai fəallara qarşı repressiyalarını pisləyib.
“Fransa Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbslər dalğasından dərin narahatdır. Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlara - xüsusilə söz və mətbuat azadlığına hörmət etməyə və əsassız həbs edilmiş insanları azad etməyə çağırırıq. Beynəlxalq Qadınlar Günündə biz Azərbaycan müstəqil jurnalistlərinin rolunu və cəsarətini yüksək qiymətləndiririk”, - bəyanatda deyilir.