Avropa İttifaqı Toplum TV internet nəşrinə və Üçüncü Respublika Platformasına hücumu tənqid edib.
“Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının (Toplum TV və Üçüncü Respublika Platforması) yeni həbsləri ilə bağlı vəziyyəti izləyirik.
Aİ Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığını, o cümlədən müstəqil jurnalistika üçün azad və maneəsiz məkanı təmin etməyə çağırır”, - Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib.