Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə Avropa Xalq Partiyasının siyahısına rəhbərlik edəcək və müvafiq olaraq Avropa Komissiyasının rəhbəri vəzifəsinə EPP-nin namizədi olacaq.
Bu barədə qərar EPP-nin Buxarestdə keçirilən qurultayının yekununda qəbul edilib. 400 nümayəndə von der Leyenin namizədliyinin lehinə, 89-u əleyhinə səs verib. O, EPP-nin yeganə namizədi olub.