Kipr Aİ-nin Ermənistanla əlaqələrinin dərinləşməsini qətiyyətlə dəstəkləyir və Aİ-nin Ermənistandakı missiyasının artırılmasının tərəfdarıdır. Bu barədə Kiprin xarici işlər naziri Konstantinos Kombos ER XİN rəhbəri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
“Kipr Aİ-Ermənistan institusional dialoqunun gücləndirilməsi istiqamətində sistemli və yorulmadan çalışacaq.
Üstəlik, biz Ermənistanı Aİ-yə yaxınlaşdıracaq iqtisadi və siyasi tədbirləri güclü şəkildə dəstəkləyəcəyik, eyni zamanda islahatlar gündəmini irəli sürəcəyik”, - deyə Konstantinos Kombos bildirib.