Ermənistan müxtəlif sahələr üzrə Avropa İttifaqı (Aİ) ilə əlaqələri dərinləşdirməyi davam etdirir.
Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin suallarını cavablandırarkən deyib.
O, Aİ ilə çox sıx siyasi dialoq apardıqlarını bildirib: “Avropa İttifaqı ilə münasibətlərimizi daha da dərinləşdirmək istəyirik”.
Mirzoyan, Ermənistan Baş naziri Nikol Paşinyanın "Avropa İttifaqı Ermənistanla əlaqələri dərinləşdirməyə nə qədər hazırdırsa, Ermənistan da o qədər hazırdır” ifadəsinə istinad edib.