Ermənistan tərəfinin bu təşəbbüsü barədə Rusiya tərəfi məlumatlandırılıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kiprin xarici işlər naziri ilə birgə mətbuat konfransında rus sərhədçilərinin “Zvartnots”da xidmətdən imtina etməsi məsələsinə toxunaraq bildirib.
“Əvvəldən Rusiya sərhədçilərinin bir sıra məntəqələrdə, o cümlədən, məsələn, “Zvartnots” hava limanında iştirakı yeni müstəqil Ermənistan dövlətinə dəstək kimi düşünülürdü və bu funksiyanın Ermənistana lazım olduğu müddətdə həyata keçirmək planlaşdırılırdı. Ermənistanın öz institusional imkanları olduqda, təbii ki, bu funksiyanı Ermənistan öz müvafiq qurumları vasitəsilə tam şəkildə həyata keçirəcək. Güman edirəm ki, bu, Rusiya tərəfi üçün kifayət edəcək və məsələ öz həllini tapacaq. Söhbət bütün paketdən, səlahiyyətlərin tam həyata keçirilməsindən gedir.
Erməni tərəfi Rusiya tərəfini xəbərdar edib ki, əslində biz artıq Rusiya tərəfinin dəstəyinə və “Zvartnots” hava limanında sərhəd mühafizə xidmətində iştirakına ehtiyac hiss etmirik, təbii ki, onlara təşəkkür edirik.
Müvafiq xidmətlər vasitəsilə bildiriş edilib. Ola bilər ki, mən özüm texniki detalları düzgün təqdim etməyəcəm, amma məncə, söhbət böyük müddətlərdən getmir", - XİN rəhbəri bildirib.