Fransa Ukrayna üçün 800 min artilleriya mərmisi almaq təşəbbüsünə qoşulacaq.
Bu barədə Fransa prezidenti Emmanuel Makron çexiyalı həmkarı Petr Pavellə görüşündən sonra bildirib.
Makronun sözlərinə görə, Çexiyanın Ukrayna üçün 800 min artilleriya mərmisi almaq təşəbbüsü son dərəcə faydalıdır.
“Bu, hər yerdə mövcud olan və [Ukraynaya] verdiyimiz avadanlıqla uyğun olan sursatları axtarmaqdır”, - Makron bildirib.
Çexiya planının maliyyələşdirilməsindən danışan Fransa prezidenti bunun “ikitərəfli səfərbərlik, üçüncü ölkələrlə əməkdaşlıq ola biləcəyini” ehtimal edib.
“Bu həm də Avropa maliyyəsi, Avropa Sülh Fondunun maliyyəsi ola bilər, bu təşəbbüs üçün qismən səfərbər oluna bilər”, - Makron bildirib.