Ombudsman ofisindən bildirilib ki, Anahit Manasyan Strasburqa işgüzar səfəri çərçivəsində martın 5-də Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Ombudsman Dağlıq Qarabağdan məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı məsələləri təqdim edib, şəxsən özünün və əməkdaşlarının həyata keçirdiyi faktaraşdırma işlərinə toxunub, ölüm, işgəncə, cəsədlərə hörmətsizlik halları barədə məlumatların əldə edilməsi barədə məlumat verib.
Bu məlumatlar Ombudsmanın növbədənkənar hesabatında yer alıb.
Görüş zamanı bir çox məsələlər də müzakirə olunub.