Biz KTMT-nin məsuliyyət daşıdığı sərhədi, yəni Ermənistanın bizim regionda tanınan 29 800 kvadrat kilometr ərazisini, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə mövcud olan sərhədləri tanımasını gözləyirik. Bunu Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan Parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistanın KTMT ilə bağlı mövqeyinə dair suala cavab verərək deyib.
“KTMT bu məsələni tanımayana qədər, o, havada qalır və KTMT tərəfindən həll edilməlidir”.