Ermənistanın bu məsələdə dəqiq mövqeyi var, o, rəsmi məktubla bu aydın mövqeyini Rusiya Federasiyasına çatdırıb. Bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsinə və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun reaksiyasına toxunaraq deyib.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistanın mövqeyi ondan ibarətdir ki, “Zvartnots” hava limanının xidmətlərini Ermənistan Respublikasının sərhəd qoşunları tam şəkildə həyata keçirməlidir.
“Ermənistan müstəqilliyini əldə etdikdən sonra müxtəlif istiqamətlərdə imkanlar əldə edir və hazırda hava limanına tam nəzarət etmək üçün Ermənistanın tam bacarığı var.