Baş nazir Nikol Paşinyan Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Məhəmməd Əl-Taliblə görüşüb.
Baş nazir Misirdə mövcud dini tolerantlığı vurğulayaraq, yerli erməni icmasına isti münasibət faktını vurğulayıb. Nikol Paşinyan təəssüflə qeyd edib ki, bəzən dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd edilir və bunun səbəblərindən biri də insanların bəzən dinlər haqqında o qədər də yaxşı təsəvvürlərə malik olmamasıdır. Bu baxımdan baş nazir hökumətlərin rolunu vurğulayıb. Nikol Paşinyan erməni xalqının İslam dini ilə uzun tarixə malik olduğunu və minlərlə erməninin İslam ölkələrində sığınacaq tapdığını vurğulayıb.
Nikol Paşinyan Əl-Əzhərin Baş İmamına Quranın 1719-cu ilə aid ilk surəsinin Matenadaranda saxlanılan nüsxəsini hədiyyə edib.
Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Məhəmməd Əl-Talib dəyərli hədiyyəyə görə təşəkkür edib və dinlər vasitəsilə də tolerantlığın və sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Əhməd Məhəmməd Əl-Talib Matenadaranda saxlanılan ərəb əlyazmalarının sərgisini təşkil etməyə hazır olduğunu bildirib və əlavə edib ki, oxşar tədbirlər cəmiyyətlər arasında dinc yanaşı yaşayışın bərqərar olmasına və möhkəmlənməsinə də töhfə verir.
Həmsöhbətlər ER Baş nazirinin səfərinin Ermənistan-Misir əlaqələrinin, o cümlədən dini təhsil və mədəniyyət sahələrində möhkəmlənməsinə və tərəqqisinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.