Baş nazir Nikol Paşinyan Misir Ərəb Respublikasında iki günlük rəsmi səfərdədir.
Qahirənin beynəlxalq hava limanında Ermənistanın baş nazirini Misirin baş naziri Mustafa Madbul qarşılayıb. Rəsmi qarşılama mərasimi çərçivəsində iki ölkənin himnləri səsləndirilib, daha sonra Baş nazirlər nümayəndə heyətlərinin üzvlərini salamlayıblar.
Baş nazir Paşinyan bu gün Misir prezidenti Əbdülfəttah Əs-Sisi lə təkbətək söhbət edəcək, daha sonra görüş genişləndirilmiş tərkibdə davam edəcək.
Ermənistanın baş naziri həmçinin Misirin baş naziri Mostafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbdül Qeyt, Qibtilər Pravoslav Kilsəsinin lideri, Əl-Əzhərin Ali İmamı Şeyx Əhməd Məhəmməd Əl-Taliblə də görüşəcəklər.
Nikol Paşinyan Misir Ticarət və Sənaye Palataları Federasiyasına səfər edəcək, misirli iş adamları ilə görüş keçirəcək.