Azərbaycan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi Kərim Vəliyev Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının baş direktoru Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Vəliyev iki ölkə arasında qardaşlıq münasibətlərinin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, ordular arasında təcrübə mübadiləsi baxımından Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə üçtərəfli birgə təlimlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.