Biz münaqişələrin dərinləşməsinin qarşısını almağa hazır olduğumuzu və bütün addımlarımızın sülhə yönəldiyini göstərməliyik. Təbii ki, bütün bunlar beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir. Bu barədə Yunanıstanın milli müdafiə naziri Nikolaos Dendias Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə mətbuat konfransı zamanı bildirib.
O vurğulayıb ki, Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb və bu, hər iki ölkənin silahlı qüvvələrini yaxınlaşdıracaq.
O, həmçinin qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli müdafiə əməkdaşlığı, eləcə də həm Ermənistan, həm də Yunanıstan ilə ortaq dost olan Hindistandan, Asiyadan və digər ölkələrdən dördtərəfli əməkdaşlıq yaratmaq istəyi var.
“Yunanıstan qəti şəkildə inanır ki, bütün növ problemlər sülh yolu ilə həll edilməlidir. Biz bu regionda istənilən hərbi əməliyyata, hər hansı birtərəfli fəaliyyətə qəti və prinsipial şəkildə qarşıyıq. Biz hesab edirik ki, sülh hər şeydən önəmlidir, ona görə də biz Ermənistanla Azərbaycan arasında beynəlxalq hüquq çərçivəsində sülhün bərqərar olmasının tərəfdarıyıq”.