Respublika Prezidenti Vahaqn Xaçaturyan Ərbildə İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani ilə görüşüb.
Neçirvan Bərzani vur]ulayıb ki, belə səfərlər təkcə ikitərəfli deyil, həm də region ölkələri arasında münasibətlərin yaxınlaşmasına və inkişafına töhfə verir.
Prezident Vahaqn Xaçaturyan qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər insanların qarşılıqlı anlaşmasına müsbət töhfə verməklə yanaşı, iqtisadi, mədəni, turizm, biznes və digər sahələrdə mövcud əlaqələrin möhkəmlənməsinə, yeni əlaqələrin formalaşmasına kömək edir.
Görüş zamanı iqtisadiyyat, yüksək texnologiyalar, rəqəmsal idarəetmə, turizm, təhsil və elm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində zəruri addımların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər investisiya proqramlarının icrası, o cümlədən investisiyalar üçün əlverişli mühitin yaradılması üçün zəruri tədbirlərə əhəmiyyət veriblər.