Türkiyə regionun lider ölkəsi kimi regional sülhün bərqərar olmasında faydalı ola bilər. Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada keçirilən Diplomatik Forumda bildirib.
“Aİ uzunmüddətli perspektivlə Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində iştirak edir. Sülh mümkündür. O, həmçinin Alma-Ata bəyannaməsinə uyğun olaraq Ermənistan və Azərbaycan arasında sərhədlərin açılmasını, o cümlədən Azərbaycanın əsas hissəsinin Naxicevanla əlaqəsini təmin etməlidir”, - deyə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi bildirib