Ermənistan Parlamentinin sədr müavini, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Antalyada başlayan diplomatik forumun panel müzakirəsi zamanı qondarma “Zangezur dəhlizi” ilə bağlı iddialara cavab verib.
“Ermənistanda “Zangezur” adlı ərazi vahidi yoxdur, Syunik bölgəsi, Meğri şəhəri var”, deyə Rubinyan bildirib.
“Cənubi Qafqazda bütün infrastrukturların blokdan çıxarılması ilə bağlı ER-nin mövqeyi aydındır, bu, “Sülhün kəsişməsində” təqdim olunur. Bu, sovet dövründə mövcud olan və istifadəyə veriləcək bütün infrastrukturların ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı şəraitində işlədilməsi prinsiplərinə əsaslanır”, - Rubinyan bildirib.
O, Aİİ-dən çıxmaq məsələsinə də toxunub və qeyd edib ki, Ermənistanın gündəliyində belə bir məsələ yoxdur.