Bu gün İranda Ekspertlər Şurası və Məclisə (birpalatalı parlament) seçkilər keçirilir.
İranda 87 milyon sakindən 61 milyondan çoxu səsvermə hüququna malikdir.
Ekspertlər Şurasında 88 yer üçün 144 namizəd mübarizə aparacaq.
İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei həmvətəndaşlarını səs verməyə çağırıb. Xamenei bu səsverməni ölkənin gələcək taleyi üçün həlledici hesab edib.
Seçkilərdə rekord sayda namizədin iştirakına icazə verilib (15 mindən çox insan, onlardan 1700-ü qadındır).
İran Konstitusiyasına görə, parlamentdə beş yer dini azlıqların nümayəndələrinə ayrılıb. Ənənəvi olaraq bu beş yerdən ikisini erməni icmasının nümayəndələri tutur.