ER prezidenti Vahagn Xaçaturyan İraq Respublikasına rəsmi səfəri çərçivəsində İraq Kürdüstanının paytaxtı Ərbildə İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani ilə görüşüb.
Prezident Aparatı xəbər verir ki, fəxri prezident ER prezidentinin İraq və İraq Kürdüstanı Respublikasına səfərini alqışlayaraq bu səfəri tarixi səfər kimi qiymətləndirib və bunun iki ölkə arasında dostluğun möhkəmlənməsinə və əlaqələrin inkişafında müsbət stimul olacağını vurğulayıb.
Görüş zamanı Ermənistan və İraq Kürdüstanı arasında əlaqələrin inkişafı istiqamətində addımların təşviqi imkanlarına toxunulub.
Mövcud qarşılıqlı faydalı əməkdaşlıq potensialının həyata keçirilməsi perspektivləri və konkret tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmsöhbətlər bir sıra regional və qlobal problemlər və onların həlli yolları ilə bağlı mövcud suallara da toxunublar. Bu kontekstdə hər iki tərəf münaqişələrin və problemlərin müstəsna olaraq sülh və danışıqlar yolu ilə, beynəlxalq hüquqa və fundamental prinsiplərə uyğun həllinin vacibliyini vurğuladılar.