Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməklə bağlı hər hansı hüquqi addım atmayıb.
Bu barədə ölkənin xarici işlər nazirinin müavini Roman Vasilenko jurnalistlərə açıqlamasında bildirib.
XİN rəsmisi qeyd edib ki, təşkilat həmçinin Qazaxıstan Respublikasının təhlükəsizliyi üçün mühüm rol oynayıb, oynayır və bu, gələcəkdə də belə olacaq.
Vasilenko həmçinin əlavə edib ki, Qazaxıstan hələ də Ermənistanın təşkilatdan çıxması istiqamətində hər hansı hüquqi addım atdığını görməyib.
“Qazaxıstan nümayəndəsi hazırda KTMT-nin Baş katibidir və ölkə KTMT-ni gücləndirməyə çalışır, çünki bu, dövlətin təhlükəsizliyi üçün olduqca mühümdür”, - deyə Vasilenko vurğulayıb..