2024-cü il fevralın 28-29-da Almaniyanın paytaxtı Villa Borsiqdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılıb.
ER XİN xəbər verir ki, nazirlər və onların nümayəndə heyətləri “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” ikitərəfli saziş layihəsinin müddəalarına dair fikirləri müzakirə ediblər. Açıq məsələlər üzrə danışıqların davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.
Səfər çərçivəsində nazirlərin Almaniyanın xarici işlər naziri Analena Berbok ilə həm ikitərəfli, həm də üçtərəfli formatda görüşü olub.
Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniyaya minnətdarlığını bildirib.