Fevralın 27-də ER xarici işlər naziri Ararat Mirzoyan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Daren Tanq ilə görüşüb.
Tərəfələr Ermənistan və ÜƏMT arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edərək, daha sıx tərəfdaşlıq, o cümlədən konkret layihələrin həyata keçirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bildiriblər.
Xarici işlər naziri və ÜƏMT-nin Baş Katibi mümkün qarşılıqlı səfərləri, həmçinin ÜƏMT Akademiyası ilə əməkdaşlıq vasitəsilə verilən imkanları müzakirə ediblər.
Milli əqli mülkiyyət təlim mərkəzinin yaradılması istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparılıb.