Fevralın 28-də Berlində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Berbok ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Regional təhlükəsizlik məsələləri müzakirə edilib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə və həmin gün Berlində iki ölkə nazirlərinin iştirakı ilə keçirilən müzakirələrin gedişinə toxunulub.
Ararat Mirzoyan həmkarına Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin tənzimlənməsinin əsas məsələlərində ER yanaşmalarını təqdim edib.