Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurandi Ermənistan-Avropa İttifaqı münasibətlərinə həsr olunmuş sessiyada çıxış edib.
“Mən Aİ-nin Ermənistandakı missiyasını və respublikanın sülh proqramına iştirakını alqışlayıram. Hesab edirəm ki, indi viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq və Ermənistanın kommunikasiya və digər regional proqramlara daha geniş şəkildə daxil edilməsini dəstəkləmək üçün doğru zamandır.
Eyni zamanda, Ermənistanın görəcəyi çox işlər var. Mən Azərbaycan rəhbərliyini bir-birinin suverenliyi və ərazi bütövlüyünün tanınmasını, gücdən istifadə etməməyi nəzərdə tutan hərtərəfli sülh sazişini qəbul etməyə çağırıram”, - estoniyalı deputat bildirib.