Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin təhlükəsizlik və müdafiə alt komitəsinin sədri Natali Luazo Avropa Parlamentinin Ermənistan-Aİ münasibətlərinə dair sessiyasında çıxış edib.
“Ermənistana gəlincə, qonşuları ilə sülh şəraitində yaşamaq istəyən xalq və ölkənin təhlükədə olması barədə həyəcan təbili çalan rəhbərlik görürəm.
Azərbaycan Dağlıq Qarabağı boşaldıb, Ermənistan ərazisinin bir hissəsini işğal edib, Bakı yeni tələblər irəli sürməkdə davam edir. Rusiya demokratiya yolu tutmuş, islahatlar həyata keçirən, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq edən, Rusiyanın tabəliyində olan və heç nə təklif etməyən təhlükəsizlik təşkilatında iştirakını donduran Ermənistanı tərk etdi.
Mən Ermənistandan qayıtmışam və Fransanın bu ölkə üçün atdığı addımlarla fəxr edirəm. O, təlimlər keçirmək, məsləhətlər vermək və hərbi texnika verməklə Ermənistana müdafiə sektorunda yardım edir.
Fransa bu respublikaya növbəti hücumların qarşısını almaq və qüvvələr balansını bərpa etmək üçün Ermənistana öz dəstəyini təklif edir. Digər Avropa dövlətləri Fransadan nümunə götürməli və Cənubi Qafqazda sülhün bərqərar olması üçün tez hərəkət etməlidir. Yalnız danışıqlarda iştirak kifayət etmir, onlar yavaş-yavaş da olsa, gedirlər, biz Bakı və Moskvanı erməni xalqının qəbul etdiyi demokratiyaya hörmət etməyə inandırmalıyıq”, - fransalı deputat bildirib.