Avropa Parlamentinin çexiyalı deputatı Marketa Qreqorova Avropa Parlamentinin sessiyasında Ermənistan-Avropa İttifaqı münasibətlərinə dair çıxış edib.
“Hörmətli tərəfdaşlar, 2022-ci ildə Azərbaycan qazının Avropaya idxalı 3 faizə qədər artıb. Bakı keçən il müqavilədən 15,6 milyard dollar gəlir əldə edib. Azərbaycan da öz neftinin 65 faizini Avropa ölkələrinə göndərir, amma bizim enerji ehtiyacımız çərçivəsində onlar başqalarının kateqoriyasındadır.
Biz heç bir halda Azərbaycandan idxaldan asılı deyilik. Bu sövdələşmədən yalnız Əliyev qazanır.
İndi müqayisə edək. Etnik təmizləmə nəticəsində 140 mindən çox Dağlıq Qarabağ ermənisi məcburi köçkünə çevrildi, onlar Laçın dəhlizinin aylarla davam edən blokadasından əziyyət çəkdilər. Öz rifahımızın davamlılığı ilə insan hüquqları arasında hətta klassik dilemma yoxdur.
Xahiş edirəm sualı bir daha iştirak etməyən cənab Borrelə verəsiniz, o, Ermənistana kömək etmək üçün nə edəcək və komissiyadakı həmkarlarını Azərbaycandan qaz və neft tədarükünü azaltmağa inandıracaqmı ki, bizim əlimizi azad edək?”, - deyə deputat bildirib.