Avropa Parlamentinin bolqarıstanlı deputatı, Ermənistan məsələləri üzrə məruzəçi Andrey Kovaçev Avropa Parlamentinin Ermənistan-Aİ münasibətlərinə dair sessiyasında çıxış edib.
“Biz həmişə Ermənistanın regionda sabitlik və demokratiyanın bərqərar olmasına yönəlmiş islahatlarını dəstəkləmişik. Biz regionda sülhün və Ermənistanla Azərbaycan arasında düşmənçiliyin aradan qaldırılmasının tərəfdarıyıq.
Rusiyanın rüsvayçı davranışını qeyd etmək lazımdır. Ermənistan aldadıldı. Məntiqlə bu, Ermənistanın baş naziri Paşinyanın ölkəsinin KTMT üzvlüyünü dondurmasına gətirib çıxardı. Rusiya Ermənistan üçün heç vaxt vicdanlı dost və müttəfiq olmayıb, regionda və dünyada həmişə imperialist planlarına əməl edib.
Digər tərəfdən, Avropa İttifaqının Cənubi Qafqazda siyasi sabitlik və iqtisadi çiçəklənmədə böyük marağı var. Bu baxımdan, Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi vacibdir”,-deyə o əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətləri Ermənistanın sosial-iqtisadi inkişafına və regionda sabitliyə mane olur.
“Baş nazir Paşinyanın üç prinsipə riayət edərək iki qonşu arasında sülhə nail olmaq üçün Azərbaycanla ikitərəfli və çoxtərəfli müzakirələr aparmaq səylərini dəstəkləyirəm.
Biz Ermənistanla iqtisadi, maliyyə, sosial, təhlükəsizlik və müdafiə sahələrində əlaqələri dərinləşdirməliyik. Ermənistan tək deyil, biz tezliklə həmin respublikaya viza liberallaşdırılmasını verməliyik. Avropa İttifaqı Ermənistanın və cəsur erməni xalqının yanındadır”, - Kovaçev bildirib.