Baş nazir Nikol Paşinyan və Yunanıstan prezidenti Katerina Sakellaropulu Yunanıstana işgüzar səfəri çərçivəsində görüşüblər.
Baş nazirin Yunanıstana səfərini alqışlayan Yunanıstan prezidenti qeyd edib. “Yunanıstan Qafqazda baş verən hadisələri diqqətlə izləyir, biz ilk andan Dağlıq Qarabağdan məcburi köçkün düşmüş minlərlə erməniyə humanitar yardım göndərməklə erməni xalqı ilə həmrəy olduğumuzu, eyni zamanda problemlərin diplomatik dialoq yolu ilə həllində beynəlxalq hüququn tərəfdarı olduğumuzu ifadə etdik. Yunanıstan birmənalı şəkildə güc tətbiqini pisləyir və Ermənistan və Azərbaycan arasında həmrəylik, davamlı olacaq sülhün bərqərar edilməsi məqsədi daşıyan və mehriban qonşuluq və münasibətlərin yaradılmasına töhfə verəcək danışıqlar prosesini dəstəkləyir”.
Yunanınstan Prezidentinin sözlərincə, Yunanıstan və Ermənistan arasında institusional dialoqu dərinləşdirirlər.
Nikol Paşinyan səmimi qəbula görə təşəkkür edib və qeyd edib. “Əminəm ki, bu səfər zamanı bizim ikitərəfli əməkdaşlığın gündəliyini, ER-Aİ münasibətlərini, regional və beynəlxalq məsələləri müzakirə etmək imkanımız olacaq”.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Yunanıstan əməkdaşlığı, Cənubi Qafqazda baş verən proseslər, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.