Fevralın 26-da Cenevrədə BMT İnsan Hüquqları Şurasının sessiyası çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə görüşüb.
ER XİN-in məlumatına görə, həmsöhbətlər BMT-nin insan hüquqlarının müdafiəsi sistemi çərçivəsində əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.
Ermənistanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara və nailiyyətlərə toxunulub və qeyd olunub ki, bunun sayəsində Ermənistan müxtəlif beynəlxalq nüfuzlu strukturların reytinqlərinə görə regionda aparıcı mövqeləri tutur.
Nazir .Mirzoyan Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləməyə toxunaraq, öz doğma yurdlarından məcburi köçkün düşmüş erməni əhalisinin ehtiyac və hüquqlarının həlli istiqamətində atılan addımları təqdim edib.
Görüş zamanı Ararat Mirzoyan və Volker Türk Cənubi Qafqazda baş verən son hadisələr haqqında da fikir mübadiləsi aparıblar.
Nazir Mirzoyan ərazi bütövlüyü, sərhədlərin bölünməzliyi və suverenliyin əsas prinsiplərinə birmənalı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində əsas məsələlərə ER-nin yanaşmalarını təqdim edib.
A.Mirzoyan vurğulayıb ki, bu prinsiplərə açıq-aşkar riayət olunarsa, eləcə də regionda aqressiv ritorikadan və yerlərdə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlardan çəkinərək sülh prosesində irəliləyiş əldə etmək mümkün olacaq.