Fevralın 26-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eger ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Ötən ilin sentyabrında Azərbaycanın Dağlıq Qarabağda həyata keçirdiyi hərbi hücum və etnik təmizləmə nəticəsində məcburi köçkünlərin ehtiyac və hüquqlarının həlli ilə bağlı məsələlər və BQXK ilə humanitar məsələlər üzrə əməkdaşlığın əhatə dairəsi müzakirə edilib.
Nazir Mirzoyan Azərbaycanda saxlanılan şəxslərin qaytarılmasının, eləcə də itkin düşmüş və məcburi itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinin vacibliyini xüsusi vurğulayaraq, Ermənistan tərəfinin məsələ ilə bağlı əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib.
Görüş zamanı Cənubi Qafqazda mövcud təhlükəsizlik vəziyyəti və Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylər də müzakirə olunub.